Top.Mail.Ru
DÜNYA

Simpsonlar 11 il əvvəl yenidən proqnozlaşdırdılar! Bu dəfəki hamını şoka saldı

Proqnazları ilə məşhur olan “The Simpsons” cizgi serialının bölümlərindən birində bir detal hər kəsi təəccübləndirib.

BiG.AZ xarici mənbəyə istinadən xəbər verir ki, karikatura seriyası 11 il əvvəl “Twitter” ilə bağlı dəyişikliyi proqnozlaşdırıb. Yeni dəqiq proqnoz sosial şəbəkə istifadəçilərinin radarına düşüb. Twitter keçən il Elon Mask tərəfindən 44 milyard dollara satın alınıb. Məşhur iş adamı da bu sosial media platforma vasitəsilə böyük “X” planının hazırlıqlarını sürətləndirib. Platformanın adını, sonra isə loqosunu “X” olaraq dəyişib.

Simpsonlar karikaturası 2012-ci il epizodunda “Twitter” yeni loqosu haqqında uğurlu proqnoz verib. Belə ki, yayımlanan epizodda Homerin “X” loqosu olan sosial media platformasından istifadə etdiyi görülüb.

Bənzər yazılar