Top.Mail.Ru
DÜNYA

iPhone 15-i belə ələ saldı

Dünya şöhrətli iş adamı İlon Mask, “Apple” ın təqdim etməyə hazırlaşdığı, lakin bəzi xüsusiyyətləri internetə sızan yeni Apple iPhone 15 haqqında etdiyi şərhlə böyük səs-küyə səbəb olub.

Kaim.az xarici mənbəyə istinadən xəbər verir ki, İlon Mask, “Tək fərq budurmu?” deyərək “Apple”ı tənqid edib. Mask, iPhone 15 ilə əvvəlki modellər arasındakı fərqdən razı qalmadığını bildirib.

Yeni modellərdəki tək böyük təkmilləşdirmənin kamera ola biləcəyini ifadə edən Mask, “Mövcud iPhone və əvvəlki versiyaları arasındakı fərqləri tam olaraq anlaya bilmirəm. Kamera 10 faiz daha yaxşıdır?” sözlərini əlavə edib.

Qeyd edək ki, bir çox Android istifadəçisi illərdir “Apple”ı tənqid edir. iPhone 12-dən sonra dizaynda böyük dəyişiklik etməyən Apple, “Dynamic Island” ilə də müzakirə mövzusuna çevrilib. İlon Mask hazırda iPhone 14 Pro Max istifadə edir.

Bənzər yazılar