Məhsa Əmininin atasına sui-qəsd cəhdi

Məhsa Əmininin şübhəli ölümü İranda və bütün dünyada rezonans doğurub. Əminin ölümündən sonra başlayan etirazlar aylarla davam etdib və yüzlərlə insan həyatını itirib.
Kaim.az xarici mənbəyə istinadən xəbər verir ki, Məhsa Əmininin ölümünün birinci ilində atası Emced Əminiyə qarşı sui-qəsd təşkil edilib. Kürdüstan vilayəti qubernatorunun müavini Mehdi Ramazani, Ayçi qəbiristanlığı yolunda bir neçə naməlum şəxsin Məhsa Əmininin atası Emced Əminiyə sui-qəsd cəhdi etdiyini açıqlayıb.
Mehdi Ramazani təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində hücumun qarşısı alındığını və bu əməli törədən şəxslərin öldürüldüyünü bildirib. Aidiyyəti qurumlar sui-qəsd cəhdi ilə bağlı araşdırmalara başlayıb.
İnqilab Keşikçiləri Ordusu Kürdüstan vilayəti komandiri Emanullah Geştasbi bildirib ki, Məhsa Əmininin ölümünün ildönümündə İnqilab Keşikçiləri Kəşfiyyatı Kürdüstan əyalətində çoxlu əməliyyatlar keçirib. Əməliyyata hazırlaşan terror təşkilatlarına bağlı bəzi şəxslərin həbs edilib.
Xatırladaq ki, 2022-ci il sentyabrın 13-də İranda 22 yaşlı Məhsa Əmini çadrasını düzgün taxmadığı üçün döyülərək polis tərəfindən saxlanılıb. Əmini üç gün komada qaldıqdan sonra dünyasını dəyişib.