Top.Mail.Ru
DÜNYA

Bu ölkədə son 1 ayda KORONAVİRUS AŞKARLANMAYIB

Tacikistanda son bir ayda koronavirusa yoluxma faktı aşkarlanmayıb.

KAİM.az xəbər verir ki, indiyə qədər 13 min 218 nəfərin xəstəlikdən sağaldığı ölkədə 90 nəfər pandemiyanın qurbanı olub.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, Tacikistanda COVID-19-a ilk yoluxma 2020-ci ilin aprelində qeydə alınıb. Ən axırıncı yoluxma tarixi isə bu ilin 10 yanvarında olub ki, bu vaxt üç nəfərdə koronavirus tapılıb.

Artıq ölkədə koronavirusdan müalicə alan şəxs də qalmayıb.

Son dönəmdə ölkədə pandemiya ilə bağlı vəziyyət normallaşır. Karantin tədbirləri yumşaldılır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button