Top.Mail.Ru
DÜNYA

DİQQƏT! COVID-19 peyvəndi satan gizli şəbəkələr AŞKAR EDİLDİ

Kaspersky şirkətinin araşdırması nəticəsində üç növ patentləşdirilmiş koronavirus peyvəndi – Pfizer / BioNTech, AstraZeneca və Modernanın, eyni zamanda hələ patentləşdirilməmiş bəzi digər peyvəndlərin satışına dair elanlar aşkarlanıb.

KAİM.az şirkətə istinadən xəbər verir ki, bir nəfər üçün bir dozanın qiyməti 250-1200 dollar arasında dəyişir və ortalama 500 dollara təklif olunur.

Kaspersky-nin məlumatına görə, elanlar əsasən Fransa, Almaniya, İngiltərə və ABŞ-dan gəlir. Satıcılarla ünsiyyət üçün mesajları taymerlə silmək funksiyasına malik etibarlı messencerlərdən istifadə olunur. Ödəniş əsasən bitkoinlərlə tələb olunur. Əməliyyatların təhlilinə əsasən, Kaspersky-ın aşkarladığı bir çox elan müəllifi 100-dən 500-ə qədər əməliyyat həyata keçirib.

“Darknet”dəki (anonim iştirakçılardan ibarət gizli şəbəkə) peyvənd satışı elanlarının spam olub-olmaması və ya alıcıların həqiqətən axtardıqlarını əldə edib-etməməsi barədə qəti bir nəticə çıxarmaq mümkün olmayıb. Bu elanlardan bəzilərinə müsbət rəylər yazılıb:

“Bəzi əməliyyatlar nəticəsində insanların həqiqətən də istədikləri məhsulu aldıqlarını düşünmək olar. Nəzəri cəhətdən bu mümkündür, çünki dünyanın müxtəlif yerlərindəki xəstəxanalarda bəzən peyvənd paketi açıldıqdan sonra istifadə olunmamış dozalar qalır. Bununla belə, peyvəndin düzgün saxlanılması üçün bütün şərtlərin yerinə yetirildiyinə dair bir zəmanət əldə etmək mümkün deyil. Ampulaların içində həqiqətən də peyvəndin satıldığına dair bir zəmanət də yoxdur,” – deyə Kaspersky-nin kiber təhlükəsizlik üzrə mütəxəssisi Dmitri Qalov bildirib.

Qara bazarda saxta peyvənd sertifikatları da satılır. Məsələn, Avropa sertifikatı nümunəsinin müvafiq sənədinin qiyməti təxminən 20-25 ABŞ dollarıdır. Bundan əlavə, bəzi ölkələrdə, məsələn, ofisə getmək və ya işgüzar səfərlər, məzuniyyət gəzintiləri üçün COVID-19-a yoluxmama barədə arayış tələb olunur. “Darknet”in rus dilində danışan seqmentində bu sənədin qiyməti 3500-5000 rubl (47-67 ABŞ dolları) arasında dəyişir. \ valyuta.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button