Top.Mail.Ru
DÜNYA

Nə BAŞ VERİR ? – Baydenin göstərişi ilə Ağ evdə BAYRAQLAR ENDİRİLDİ

ABŞ Prezidenti Co Bayden Kolorado ştatının Boulder şəhərində baş verən silahlı insident nəticəsində həlak olanların xatirəsinə Ağ Evdə bayraqların endirilməsinə göstəriş verib.

KAİM.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat mərkəzi məlumat yayıb.

Bildirilib ki, ABŞ lideri çərşənbə axşamı Ohayo ştatına yola düşmədən əvvəl qısa da olsa Boulderdəki faciədən bəhs edəcək: “Bayden hadisə barədə mütəmadi olaraq məlumatlandırılır və nəzarətdə saxlanılır”.

Xatırladaq ki, bazar ertəsi 21 yaşlı Kolorado sakini Əhməd Alissa “King Soopers” super marketinin yaxınlığında atəş açaraq bir polis də daxil olmaqla 10 nəfər öldürmüşdü. Hadisənin motivləri hələ də dəqiqləşdirilməyib.

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button