Top.Mail.Ru

DÜNYA

Rusiya ilə bağlı kritik qərar: “Sentyabrın 28-də…” – İşğal planı masada

Avropa İttifaqına üzv dövlətlərin Daimi Nümayəndələr Komitəsi (COREPER) Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Son qərar sentyabrın 28-də COREPER-in növbəti iclasında veriləcək. Ehtimal olunur ki, komitə fərdi sanksiyaların yeni siyahısı barədə razılığa gələcək.

Loading...
Yazının davamı reklamdan sonra

Məlumatda sanksiyaların Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən və ya təhdid edən addımlarla əlaqəli olaraq yenilənə biləcəyi deyilib.

Moskva ilə Brüssel arasında münasibətlər Ukraynanın Krım bölgəsinin 2014-cü ildə qanunsuz olaraq Rusiyaya ilhaq edilməsindən sonra pisləşib. Həmin il ABŞ, Aİ və bəzi digər dövlətlər yarımadanın “ilhaq”ı səbəbiylə Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər. Kiyev bu ərazilərin işğal edildiyini açıqlayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button