Top.Mail.Ru
DÜNYA

TƏCİLİ! Donbasda atəşkəs POZULDU – Ukrayna ordusu İTKİ VERDİ

İşğal edilmiş Donbas bölgəsində separatçıların açdığı atəş nəticəsində Ukrayna ordusunun bir hərbçisi həlak olub.

KAİM.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin verdiyi açıqlamada separatçıların gün ərzində atəşkəsi 10 dəfə pozduqları bildirilib.

Açıqlamada Donbasın Pişevika, Avdiyivka və Zolotoye şəhərlərindən separatçıların açdığı atəş nəticəsində Ukrayna ordusundan bir əsgərin öldüyü deyilib.

Ukrayna baş qərargah rəisi Ruslan Xomçak martın 30-da parlamentdəki çıxışında Rusiyanın təlim bəhanəsi ilə ölkə sərhədləri yaxınlığına qoşun göndərdiyini açıqlayıb.

Rusiya, Ukrayna və ATƏT-dən ibarət üçtərəfli təmas qrupu Donbas münaqişəsinin həlli ilə əlaqədar ötən il iyulun 27-də bölgədə atəşkəs elan etmişdi.

Özünü “müstəqil” elan edən separatçılarla Ukrayna arasında 2014-cü ildən bəri baş verən qarşıdurmalarda 13 mindən çox insan həyatını itirib. / teleqraf.com

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button