NATO-dan Rusiyaya Ukrayna sərhədlərindəki qoşunlarla bağlı ÇAĞIRIŞ

ATO Baş katibi Yens Stoltenberq Rusiya Federasiyasını Ukrayna sərhədləri yaxınlığında qoşun toplamağı dayandırmağa çağırıb.
“Biz hadisələrin hazırkı inkişafından ciddi narahatlıq keçiririk, NATO vəziyyəti diqqətlə izləyir. Son həftələrdə Rusiya minlərlə döyüş qabiliyyətli hərbi personalını Ukrayna sərhədlərinə köçürdü, bu da 2014-cü ildə Krımın qanunsuz ilhaqından sonra Rusiya qoşunlarının ən böyük cəmləşməsidir”, – deyə Y.Stoltenberq bildirib.
O, həmçinin son günlərdə Ukraynanın şərqində bir neçə əsgərin həlak olduğunu da qeyd edib.
Yens Stoltenberq deyib ki, Rusiyanın qüvvələrini əhəmiyyətli dərəcədə artırması əsassızdır və dərin narahatlığa səbəb olur.
“Rusiya Ukrayna sərhədinə qoşunlarını artırmağı, təxribatlarını dayandırmalı və dərhal gərginliyi azaltmalıdır”, – deyə NATO Baş katibi bildirib.