Top.Mail.Ru
DÜNYA

ABŞ-ın Türkiyədəki bütün diplomatik QURUMLARI BAĞLANIR – QƏRAR VERİLDİ

ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” bəyanatından sonra bu ölkənin Türkiyədəki diplomatik nümayəndəlikləri təhlükəsizlik səbəbindən müvəqqəti olaraq bağlanacaq.

KAİM.az-ın məlumatına görə, bu barədə səfirlik məlumat yayıb.

Qeyd olunub ki, məlum bəyanatdan sonra Türkiyədə nümayişlər və ya etiraz aksiyaları ola bilər:

“Ehtiyat tədbiri olaraq, ABŞ-ın Ankara şəhərindəki səfirliyi, İstanbul şəhərindəki Baş Konsulluğu, Adana şəhərindəki konsulluğu və İzmir şəhərindəki konsulluq agentliyi 26 və 27 aprel tarixində faəliyyət göstərməyəcək. Təcili yardıma ehtiyacı olan ABŞ vətəndaşlarına diplomatik qurumlarla telefon və ya elektron poçtla əlaqə saxlamağı tövsiyə edirik”. / azsabah.com

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button