Top.Mail.Ru
DÜNYA

Almaniyada HƏRBİ ÇEVRİLİŞ: 13 minlik qiyamçı ORDU QURULDU

Almaniyada bir qrup yüksək rütbəli keçmiş hərbçinin Almaniyada çevrilişə hazırlaşdığı iddia edilib.

KAİM.az xəbər verir ki, bu barədə Almaniyanın “Der Tagesspiegel” qəzeti məlumat yayıb.

Təhlükəsizlik orqanları tərəfindən təsdiqlənən məlumata görə, “Təqaüdçü və Keçmiş Hərbçilər Qrupu” adı altında bir araya gələn təqribən 13 min keçmiş hərbçi Kansler Angela Merkelin koronavirus səbəbindən verdiyi karantin qərarını tənqid edib.

Nəşr Merkeli hədəfə alan hərbçilərin Berlində nümayiş və mitinqlər başlatmağı və dövlət qurumlarına hücumlar həyata keçirməyi planlaşdırdığını yazıb. Mənbə sabiqlərin koordinasiya içində olduqlarını yazıb.

Təhlükəsizlik mənbələri bu qrupa keçmiş hərbçilərlə yanaşı, “Reichbürger” adlandırılan və Almaniyanın 1937-ci ildəki sərhədlərini yenidən bərpa etməyi hədəfləyən monarxist-sağçı qrupun üzvlərinin də daxil olduğunu təsdiqləyib. Eyni zamanda, 1990-cı ildə ləğv edilmiş keçmiş Şərqi Almaniya Ordusunda (NVA) xidmət edən çox sayda hərbçinin də fəallaşdığı üzə çıxıb.

“Bir əsgər kimi alman xalqını qorumağa and içdik. İndi xalqımızın bizə ehtiyacı var. Bu hökuməti devirmək vacibdir”, – qrupun adından yayımlanan açıqlamada qeyd edilib. / Teleqraf.com

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button