Top.Mail.Ru
DÜNYA

ABŞ Bayden-Putin görüşünün müzakirə mövzularını ELAN ETDİ

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı ikitərəfli münasibətlərin normallaşmasını müzakirə etmək istəyir.

KAİM.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entonu Blinken danışıb.

Blinken əlavə edib ki, Bayden ABŞ-ın hər zaman Rusiyanın aqressiv və ehtiyatsız davranışlarına cavab verəcəyini bildirib.

“Ancaq biz ikitərəfli münasibətləri gərginləşdirməyə çalışmırıq. Daha sabit, proqnozlaşdırıla bilən əlaqəyə üstünlük veririk. Rusiya bu istiqamətdə hərəkət edərsə, biz də edərik. Düşünürəm ki, Bayden Putinlə görüşündə bu məsələni birbaşa danışmaq fürsəti əldə edəcək”, – deyə Blinken qeyd edib.

Qeyd edək ki, aprelin ortalarında Bayden Putinə üçüncü ölkədə görüş təklifi edib. Məlumata görə, bu görüş iyunda baş tuta bilər. qafqazinfo.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button