Top.Mail.Ru
DÜNYA

Meksikada matəm elan edildi

Meksikada metro körpüsünün çökməsi nəticəsində çox sayda insanın ölməsi ilə əlaqədar 3 günlük matəm elan edilib.

KAİM.az-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ölkə prezidenti Andres Manuel Lopes Obrador sərəncam imzalayıb.

Sənəddə deyilir: “Mayın 3-də Mexiko şəhəri metrosunun 12-ci xəttindəki <…> faciə ilə əlaqədar üç günlük milli matəm elan edildi”.

Xatırladaq ki, Meksikanın paytaxtı Mexiko şəhərinin cənubunda metro körpüsünün çökməsi nəticəsində 24 nəfər ölüb, 27 nəfər xəsarət alıb.

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button