Top.Mail.Ru
DÜNYA

Paşinyan: “Qarabağla bağlı razılaşmaları yerinə yetirməyə hazırıq”

İrəvan Qarabağla bağlı üçtərəfli razılaşmaların yerinə yetirilməsi üçün hər cür səy göstərməyə hazır olduğunu təsdiqləyir.

KAİM.az-ın məlumatına görə, bu sözləri Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüş zamanı deyib.

“Sizi əmin etmək istərdim ki, Ermənistan bundan sonra da 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarında əldə edilmiş razılaşmaları həyata keçirmək üçün bütün tədbirləri görməyə davam edəcək. Biz həmçinin tərəflər arasında üçtərəfli formatda konstruktiv dialoqun təmin olunması üçün səylər göstərməyə hazırıq”, – deyə N.Paşinyan bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button