Top.Mail.Ru
DÜNYA

ABŞ ordusunun Azərbaycanda xidmət etmiş zabiti Rusiya CASUSU İMİŞ

ABŞ prokurorluğu bildirir ki, Birləşmiş Ştatlar ordusunun xüsusi təyinatlı qüvvələrinin keçmiş zabiti, Rusiya Baş Kəşfiyyat İdarəsinə (GRU) casusluq edən “yaşıl beretli” Piter Debbinsin 17 il həbsə məhkum edilməsi üçün məhkəmə qarşısında vəsadət qaldırıb.

KAİM.az-ın məlumatına görə, xüsusi təyinatlıların zabiti Piter Debbins uzun müddət GRU casusu kimi fəaliyyət göstərib və o cümlədən Azərbaycanda xidmət edərkən məxfi məlumatları Rusiya hərbi kəşfiyyatına ötürüb.

Piter Debbins ötən il həbs olunub və məhkəmədə günahını etiraf edib. Hazırda onun işi üzrə məhkəmə Virciniya ştatında aparılır. İş materiallarına əsasən 46 yaşlı Debbins GRU ilə 15 ilə yaxın əməkdaşlıq edib, hələ Minnesota universitetində oxuyarkən Rusiya kəşfyyatına işləməyə başlayıb. Daha sonra Rusiyaya səfər edib və burada GRU tərəfindən təlimatlandırılıb. Debbinsin anası SSRİ-də doğulmuşdu və onun özü də Çelyabinskdən olan qadınla evlənib. Qaynatası isə Rusiya Hərbi Hava Qüvvələrinin polkovnikidir. Bütün bu şübhəli məqamlara baxmayaraq əks kəşfiyyat uzun illər onun GRU casusu olduğunu müəyyən etməyib.

Debbins GRU ilə könüllü əməkdaşlıq etdiyini bildirir. O, özünü “Rusiyanın oğlu” hesab edir və bildirib ki, Birləşmiş Ştatlar dünyada dominantlıq etdiyi üçün onu cilovlamaq lazımdır. Məhkəmə sənədlərinə əsasən Debbins 1998-ci ildə orduya qoşulub və 2005-ci ilə qədər xidmət edib. Xidmətin son iki ilini xüsusi təyinatlıların zabiti qismində keçirib. Azərbaycan və Gürcüstandakı ABŞ xüsusi təyinatlılarının sıralarında xidmət keçib. Azərbaycanda xidmətdə olarkən qaydaları pozub və xidmətdən uzaqlaşdırılıb. Onun hərbi nizamnaməni pozmasına dair faktlardan birinə əsasən Debbins arvadını da özüylə Azəbaycana gətirib və ona xüsusi rabitədən istifadə etməyə icazə verib.

Hərbi xidmətdən uzaqlaşdırılsa da Debbins Pentaqonun podratçı şirkətlərindən birində işləyib, hətta əks-kəşfiyyatın sıralarına sıza bilib və orada rus dili üzrə linqvist kimi fəaliyyət göstərib. İttiham aktına əsasən Debbins Azərbaycan və Gürücüstanda xidmətdə olarkən öz xidmət yoldaşları barədə informasiyaları GRU-ya ötürüb. O, etiraf edib ki, GRU həmin informasiyaları başqa zabitləri də casusluğa cəlb edə bilmək üçün istifadə edirdi.

Virtualaz.org

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button