Top.Mail.Ru
DÜNYA

Türkiyə dünyaya MEYDAN OXUYUR: Beşinci nəsil milli döyüş təyyarələri İSTEHSAL EDƏCƏK

Türkiyənin TUSAŞ şirkəti (Aviasiya və Kosmos Sənayesi A.Ş.) milli döyüş təyyarəsi istehsal etmək istiqamətində fəaliyyətini genişləndirib. Bunun üçün təyyarənin ehtiyat hissələrini və mühüm avadanlıqlarının istehsalı ilə məşğul olan qurumlarla əməkdaşlıq ediləcək.

KAİM.az xəbər verir ki, Türkiyədə milli döyüş təyyarəsinin istehsalı 2030-cu ilə planlaşdırılıb. Bildirilib ki, bu sahədə ASELSAN şirkətinin (Elektronik Sənaye və Ticarət A.Ş.) imkanlarından istifadə olunacaq.

Cari ildə TUSAŞ və ASELSAN arasında anlaşma imzalanacağı gözlənilir.

Bundan əlavə, qeyd edilib ki, Türkiyə tam elektron sistemlərlə təchiz olunacaq 5-ci nəsil hərbi döyük təyyarəsi hazırlayan ölkələr sırasında yer alacaq. / unikal.org

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button