Top.Mail.Ru

DÜNYA

Zelenskidən Putini qəzəbləndirən HƏRƏKƏT – FT

Vladimir Zelenski Ukrayna prezidenti olduqdan sonra onun bir hərəkəti Kremlin qəzəbinə səbəb oldu.

KAİM.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” yazıb.

Qeyd olunub ki, Zelenskinin Müxalif Platforması – Həyat naminə Partiyasının sədri Viktor Medvedçuka sanksiyalar tətbiq edərək, onun aktivlərini dondurması, nəzarətindəki üç televiziya kanalını bloklaması Putini qəzəbləndirib.

Loading...
Yazının davamı reklamdan sonra

Bəzi analitiklərə görə, Rusiya qoşunlarının Ukrayna sərhədinə ötən ay yerləşdirilməsinin bir səbəbi də bu ola bilərdi.

Qeyd edək ki, Viktor Medvedçuk ölkəyə xəyanətdə şübhəli bilinərək, ev dustaqlığına məhkum edilib.

Medvedçuk Rusiya Prezidenti Vladimir Putinin qızının xaç atasıdır. //Axar.az//

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button