Top.Mail.Ru

DÜNYA

Cəbhədə darmadağın olan Ermənistana bir zərbə də ABŞ-dan GƏLDİ

Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı Dağlıq Qarabağ və ətraf əraziləri azad etmək uğrunda başlatdığı əks-hücum əməliyyatları qarşısında darmadağın olan Ermənistana bir zərbə də “Fitch Ratings”dən gəlib.

KAİM.az xəbər verir ki, mərkəzi ABŞ-da yerləşən kredit reytinqi agentliyi Ermənistanın kredit səviyyəsinin aşağı endirildiyini bildirib.

Agentlikdən verilən açıqlamada Ermənistanın “BB-”də olan valyuta növündən uzunmüddətli kredit reytinqi səviyyəsinin “B+”ə endirildiyi, səviyyə təsvirinin isə “sabit” olduğu qeyd edilib.

Ermənistanda bu ilin ilk yarısında iqtisadi tənəzzülün proqnozlaşdırılandan daha sərt olduğu ifadə edilən açıqlamada bunun da ictimai borca yol açdığı vurğulanıb. Bildirilib ki, ölkənin ictimai borcu ilin sonuna qədər ehtimal olunandan daha çox artacaq:

 

“Ermənistanda borc səviyyəsinin konkret şəkildə azaldılacağına dair etibarımız qalmayıb”.

Agentlik xəbərdarlıq edib ki, Dağlıq Qarabağla bağlı gərginliyin davam etməsi təqdirində hadisələr ölkə iqtisadiyyatına mənfi təsir göstərəcək və iqtisadiyyat 6,2 faizlə sərt şəkildə tənəzzülə uğrayacaq. (publika.az)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button