Top.Mail.Ru
DÜNYA

Pakistanda DƏHŞƏTLİ QƏZA: İki sürət qatarı TOQQUŞDU – İTKİLƏR BÖYÜKDÜR

Pakistanın cənubunda dəhşətli qəza baş verib.

KAİM.az xəbər verir ki, Sind əyalətinin Gotki şəhərində iki ekspres sürət qatarı toqquşub.

Qəza nəticəsində 25 nəfər ölüb, onlarla yaralı var. Hadisə yerinə çoxlu sayda təcili yardım maşını və tibbi heyət cəlb edilib.

Hadisə şahidlərinin dediyinə görə, qatarlardan biri naməlum səbəbdən relslərdən çıxıb. Daha sonra qarşıdan gələn digər qatar qəzalı vəziyyətdə olan qatara çırpılıb.

Qeyd edək ki, Pakistan dəmiryollarında siqnal sistemlərinin nasaz, relslərin köhnə olması səbəbindən tez-tez qatar qəzaları baş verir.

Kənan Bahadur / KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button