Top.Mail.Ru
DÜNYA

ETİRAZ: Haaqa şəhərində “Mina ölümlərini dayandır!” tələbi ilə AKSİYA – FOTO

Niderland Krallığında fəaliyyət göstərən “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi və “Odlar Yurdu” Niderland–Azərbaycan Təşkilatının birgə təşkilatçılığı ilə Haaqa şəhərində səssiz etiraz aksiyası keçirilib.

KAİM.az-a Diasporla iş üzrə DK-dən verilən məlumata görə, aksiya iştirakçıları üzərində “Qarabağı minalardan azad et!”, “Mina ölümlərini dayandır!” və “#ölkəmiziminalardanazadet!” şüarları yazılmış ağ köynəklər geyinərək Haaqa şəhərinin mərkəzi küçələrində yürüşə çıxıblar. Yürüş Mərkəzi Vağzaldan başlayıb və Beynəlxalq Ədalət Məhkəməsi binasının (Sülh Sarayı) qarşısında aksiya ilə davam etdirilib.

Aksiya zamanı Ermənistanın mina xəritələrini Azərbaycana təhvil verməsini, 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmaya qeyd-şərtsiz əməl etməsini tələb edən şüar və təsvirləri əks etdirən plakatlar nümayiş etdirilib.

Aksiya ilə maraqlanan yerli sakinlərə Azərbaycandakı mina qurbanları haqqında məlumat verilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button