Top.Mail.Ru
DÜNYA

ETİRAZ:Norveç parlamentinin qarşısında təkadamlıq AKSİYA KEÇİRİLİB – FOTO

Norveçdə fəaliyyət göstərən “CAN” diaspor təşkilatının sədri Şervin Nəcəfpur azərbaycanlı jurnalistlərin və dövlət məmurunun Kəlbəcər rayonunda mina partlayışı nəticəsində həlak olmasına etiraz məqsədilə ölkə parlamentinin qarşısında təkadamlıq aksiya keçirib.

Aksiya zamanı diaspor təşkilatının sədri Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun şəkillərinin və “Birlikdə minalara qarşıyıq!” şüarının əks olunduğu plakatı nümayiş etdirib. Pandemiya məhdudiyyətləri səbəbindən aksiyanın bu formada gerçəkləşdirilməsi məqsədəuyğun hesab edilib.

Qeyd edək ki, “CAN” təşkilatı azərbaycanlı jurnalistlərin mina qurbanı olmasına diqqəti cəlb etmək məqsədilə yerli və beynəlxalq qurumlara 50-dən çox rəsmi məktub ünvanlayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button