Top.Mail.Ru

DÜNYA

Nyu-Yorkda RƏZALƏT: Yüzlərlə şəxsə vaxtı keçmiş VAKSİN VURULDU

Nyu-Yorkda 1000-ə yaxın sakinə vaxtı keçmiş “Pfizer” və “BioNTech” peyvəndi vurulub.

KAİM.az xəbər verir ki, “Times Square” peyvəndləmə məntəqəsi 899 pasiyentin elektron ünvanına bununla bağlı xəbərdarlıq yollayıb.

Məntəqənin operatorunun sözlərinə görə, koronavirusa qarşı vaksinasiyadan sonra preparatın dondurucu kamerada lazım olduğundan daha uzun müddət saxlanıldığı öyrənilib.

Loading...
Yazının davamı reklamdan sonra

Mütəxəssis əmin olduğunu bildirib ki, bu preparatlar insan sağlamlığı üçün mənfi nəticələrə səbəb olmamalıdır.

Bundan başqa, vaxtı keçmiş preparatla vaksin olunan Nyu-York sakinlərinin yenidən peyvənd edilməsi də tövsiyə olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button