Top.Mail.Ru
DÜNYA

İbtidai sinif şagirdindən Makrona gözlənilməz sual: “Şillə necə idi?”

Fransa Prezidenti Emmanuel Makron Somme bölgəsinin Poix qəsəbəsində ibtidai məktəbi ziyarət edib.

KAİM.az məlumat verir ki, uşaqlarla söhbəti zamanı onlardan biri Makronu çağıraraq, “Sizə vurulan şillə necə idi?”, – deyə soruşub.

“Xoş bir şey deyildi. Yaxşı bir şey deyildi. Bunu məktəb həyətində belə heç vaxt bir-birinizə etməməlisiniz. Kimisə vurmaq heç vaxt olmaz. Onun etdiyi hərəkət səhv idi”, – deyə Fransa lideri məktəblinin sualına gülümsəyərək cavab verib.

Xatırladaq ki, Drom regionuna səfəri zamanı kütlə arasında olan Dmyen Tarel adlı şəxs Makrona etiraz edərək şillə vurub.

Valans məhkəməsi həmin şəxsin dörd ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verib.

Oxu.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button