Top.Mail.Ru

DÜNYA

Rusiya – Türkiyə müttəfiqliyi: Paşinyanın və İrəvanın taleyi necə olacaq?

Ermənistan Rusiyanın vacib müttəfiqidir. Ancaq Kreml Ermənistanın hazırkı hökümətinə əvvəlcədən ehtiyat və şübhə ilə yanaşır. Mövcud Ermənistan hakimiyyəti rəngli inqilabın nəticəsidir. Bu Kremlin nöqteyi-nəzərindən böyük siyasi günahdır. Paşinyan hökuməti özünü demokratik elan edərkən geosiyasi yönümünü tamamilə dəyişdirməməyə çalışmasa da, göründüyü kimi heç də həmişə Moskvanın rəyini soruşmurdu. Rusiyanı tənqid edən və Qərbi tərifləyən daha çox nəşrin olduğu media azadlığını heç bir şəkildə məhdudlaşdırmırdı. Rus diplomatiyasının ənənələrinə uyğun olaraq isə jurnalistikada rəsmi mövqenin əlamətləri axtarılır. Paşinyan Ermənistanda Qərb QHT-lərinin fəaliyyətini alqışlayır. Kremlin nöqteyi-nəzərindən isə onların nəzarətsiz fəaliyyəti ümumi təhlükəsizlik üçün təhdiddir. Ultra-vətənpərvər natiqlər mütəmadi olaraq Paşinyanın Ermənistanda fəaliyyət göstərən Soros Fondunu xatırladırlar.
Onların fikrincə, bu, rəngli inqilabların əsas mənbəyidir və Paşinyan onlardan birinin qalibi olaraq, Sorosun adamıdır. Ermənistanın yeni hökuməti Kremlin gözündə ikinci böyük günaha da batıb. O, keçmiş prezident Köçəryanın mühakimə olunmasının qarşısını ala bilmədi. Rusiyanın indiki müharibədə təmkinliliyi 1990-cı illərdə də və sonra da (yəni Putinin rolundan asılı olmayaraq) Rusiya diplomatiyasının Yerevanın ərazi mübahisəsini sülh yolu ilə həll etmək üçün vaxt itirməsindən narazı qalması ilə əlaqədardır.
Rusiyada həm Putindən əvvəl, həm də Putinin dövründə zamanın Ermənistana da qarşı işlədiyini başa düşürdülər. Balaca və kasıb Ermənistanın daha zəngin və daha çox əhalisi olan Azərbaycan üzərində hərbi qələbəsinin təsadüf olduğunu başa düşürdülər. Bu dağılan Sovet məkanında xaosla əlaqəli idi, lakin bu xaos aradan qaldırıldıqdan sonra güclər nisbəti daha təbii hala gəlib Ermənistanın xeyrinə olmadı, o tədricən bölgədə böyük bir dəstək qrupundan məhrum oldu. Rusiya Ermənistanla Dağlıq Qarabağ münaqişəsinin həll imkanını dəfələrlə müzakirə edib. Lakin Ermənistan hökuməti istənilən güzəştə qarşı idi. Qarabağla bağlı hər hansı bir güzəşt Ermənistanın hakimiyyətini təhlükə altına alırdı, yəni ölkə rəhbərliyi öz hakimiyyətini itirməkdən qorxurdu. Ermənistan hökumətlərinin hər biri güzəştsiz “qalib” mövqeyində olmaqla özünü daha rahat hiss edirdi və məsələni qeyri-müəyyən müddətə təxirə salmağı üstün tuturdu. General Priqojin Rusiyanın qeyri-rəsmi mövqeyini belə səsləndirib:
Qarşıdurmanın müharibəyə çevrilməsində Ermənistanda olduqca sərbəst olan Soros günahkardır və “Türkiyə Ermənistan sərhədlərini keçməyincə Qarabağ münaqişəsinə müdaxilə etmək haqqı var.” Ermənistan Rusiyanın müttəfiqidir, lakin Azərbaycan da Rusiyanın düşməni deyil – münaqişənin hazırkı mərhələsinin əsas çətinliyi budur.
Azərbaycanın arxasında dayanan Türkiyə də Rusiyaya düşmən deyil. Türkiyə ilə ziddiyətlərə baxmayaraq, Rusiyanın da Suriyada böyük itki vermədən qalmasına və işlərini Liviyada aparmasına imkanı vardır. Ancaq əsas odur ki, bu tərəfdaşlıq regional münaqişələrin Amerikanın iştirakı olmadan həll edilə biləcəyi bir vəziyyət yaratmağa kömək edir. Rusiya üçün ABŞ-ı regional münaqişələrdən sıxışdırmaq digər regional güclərin güclənməsinin qarşısını almaqdan daha vacibdir. Rusiya üçün hər yerə qarışan amerikalılar olmadan məsələləri həll etmək imkanı dəyərlidir. Həqiqətən də Amerika bu Qarabağ müharibəsində yoxdur, elə Amerika xəbərlərində də bu münaqişəyə çox az yer verilir. Qərb olmadan bölgədə hərəkət etmək Rusiyanın özü üçün də vacibdir.
Putin və Ərdoğanı dünya işlərində rollarını artırmağa yönəlmiş müttəfiqliyi Qərbin təzyiqinə birlikdə müxalif olmaqdan irəli gəlir. Bu anti-Qərb platforması Ermənistanla bağlı ümumi xristian platformasından daha vacibdir. Bəli, Putin və bənzər bir düşüncə tərzi olan insanlar xristian dəyərlərindən danışırlar, lakin onların mühafizəkarlığı dini deyil, sosialdır. Aydındır ki, liberal və ya qərbyönümlü xristianlar Kreml üçün mühafizəkar və anti-qərb yönümlü müsəlmanlardan və ya aqnostiklərdən daha uzaqdır. Ermənistan düşmənçilik xəttində deyil, ittifaq üçbucağının məngənəsindədir. Rusiya üçün Ermənistan rəsmi müttəfiqdir, Türkiyə çətin yoldaş, amma tərəfdaşdır, Azərbaycan isə postsovet məkanında düzgün davranış nümunəsidir. Həm də Rusiyanın açıq dəstəyi indiki şəraitdə hətta Ermənistana zərər verə bilər. Çünki Ermənistan Qərblə müttəfiqliyini də itirmək istəmir
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button