Top.Mail.Ru

DÜNYA

Bezosun kosmosdan qayıtmaması ilə bağlı petisiya imzalandı

Təxminən 80 min nəfər change.org portalında dünyanın ən zəngin insanı, “Amazon”un qurucusu Ceff Bezosun iyulda planlaşdırdığı kosmik uçuşdan geri dönməməsini tələb edən petisiya imzalayıb.

KAİM.az xəbər verir ki, petisiya müəllifi yazıb:

“Milyarderlər nə Yer üzündə, nə də kosmosda olmalıdırlar. Ancaq sonuncunu seçirlərsə, qoy elə orda qalsınlar”.

Loading...
Yazının davamı reklamdan sonra

Xatırladaq ki, bundan əvvəl Bezosla kosmosa uçuş üçün yer hərracda 28 milyon dollara satılıb. Hərrac “Blue Origin” kosmik təşkilatı tərəfindən aparılıb.

Daha əvvəl Bezos 20 iyulda qardaşı ilə birlikdə “Blue Origin” kosmik gəmisində kosmosa uçacağını bildirmişdi.

/ qafqazinfo

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button