DÜNYA
Bütün gecə atışma baş verib: Onlarla ölü və yaralı var

Meksikanın Zakatekas ştatında narkotik kartelləri arasında baş verən qarşıdurmada ən az 35 nəfər ölüb.
KAİM.az istinadən xəbər ki, San-Xuan-Kapistrano kəndində “Xaliskonun Yeni Nəsli” (CJNG) və “Sinaloa” kartelinin üzvləri bir-birlərinə hücum çəkiblər. Cümə axşamı günortadan sonra başlayan qarşıdurma cümə səhəri bitib.
Hadisə yerinə Meksika Ordusu və Dövlət Baş Prokurorluğunun üzvləri yollanıblar.
Ətrafda cəsədlərdən əlavə, iki yanmış pikap da aşkarlanıb.
/ Oxu.az