Top.Mail.Ru

DÜNYA

Taliban rəhbəri: “Seçkilərdə Trampın qazanmasını istəyirik”

Taliban rəhbəri Zabiullah Mücahid ABŞ-dakı prezident seçkilərində Trampın yenidən prezident seçilməyini istədiklərini söyləyib.

KAİM.az xarici mətbuata istinadən xəbər verir ki, Zabiullah Mücahid bu sözləri “CBS News” kanalına müsahibə verərkən deyib.

O, 3 Noyabr seçkilərində hazırkı prezident Trampın qazanmasını istədiklərini, əgər o qazanarsa Əfqanıstandan Amerika əsgərlərini çıxaracağını deyib. Taliban üzvləri Trampın Covid-19 virusuna yoluxduğuna görə narahat olduqlarını da bildiriblər. Mövzuyla bağlı açıqlama verən Trampın sözcüsü onlarla əməkdaşlığı rədd etdiklərini, Trampın yanlız Amerikanın müqəddaratını düşündüyünü deyib.

 

Qeyd edək ki, Donald Tramp “Twitter” hesabında hələ də Əfqanıstanda vəzifə yerinə yetirən bir neçə cəsur əsgərin Milad bayramına qədər evlərində olmalıdır yazıb.

 

10 sentyabrda Ağ Evdə təşkil edilən mətbuat konfransında Tramp, “Əfqanıstandakı qoşunlarımızın sayını qısa müddətdə 4 minə endirəcəyik. Eyni şəkildə qısa müddətdə İraqdakı əsgərlərimizin sayını 2 minə endirəcəyik” deyib.

Şəbnəm Zahir

 

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button