Top.Mail.Ru
DÜNYA

Şəriət qayıtdı: Saqqal qırxmaq, siqaret yasaqlandı, qadınlar isə…

ABŞ əsgərlərinin Əfqanıstandan çıxmasından bəri onların nəzarəti altına alınan ərazilərdə Taliban silahlıları tərəfindən sərt şəriət qaydaları tətbiq olunur.

KAİM.az xəbər verir ki, bu mövzuda məqalə “The Hindu Times”da dərc edilib.

Xüsusilə şəriət ölkənin şimalındakı ucqar bölgələrə qayıdır. Silahlıların oraya payladığı bəyannamələrdə deyilir ki, indi kişilərin saqqallarını qırxmaları, qadınlara isə kişi müşayiəti olmadan çölə çıxmaq qadağandır. Sakinlərin siqaret çəkməsi də yasaqlanıb.

Taliban dövlət rəmzlərinə qarşı nifrətini də nümayiş etdirib. Gənclərə əmr edilib ki, yaşıl və qırmızı, yəni Əfqan bayrağının rənglərində paltar geyinməsinlər.

Şəriət qaydalarını pozanların hamısı ilə terrorçuların “ciddi mübarizə aparacaqları” deyilir.

Xüsusi narahatlıq, yerli qadınların silahlılarla məcburən evlənməsidir ki, bu da Taliban tərəfindən tələb olunur.

1996-2001-ci illərdə Taliban Əfqanıstanı idarə edərkən Şəriət qadağaları da tətbiq olunub.

Amerika qüvvələrinin dəstəyi olmadan Taliban hücumları altında geri çəkilmək məcburiyyətində qalan Əfqan silahlı qüvvələrinin hərbçiləri məğlubiyyətlə barışmayıb. Onların iddiasına görə, üç gün ərzində ölkə daxilində 1400-dən çox Taliban döyüşçüsü öldürülüb.

Taliban hücumları həm də Tacikistana qaçqın axınına səbəb olub, lakin sonradan demək olar onların hamısı ölkələrinə qayıdıb. Düşənbənin açıqlamasına əsasən, Tacikistan ərazisində yalnız 13 iyulda sərhədi keçən etnik qırğızlar qalır.

Bir qədər əvvəl məlum olub ki, iki həftə ərzində Əfqanıstanın təxminən 1,5 min hərbi əsgəri Talibanla döyüşlərdə məğlub olduğu üçün Tacikistan ərazisinə keçib. 15 iyul tarixinə qədər hamısı vertolyotlarla Əfqanıstana qayıdıb.

/ qaynarinfo

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button