Top.Mail.Ru

DÜNYA

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

“Kaim” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Prezidentlər Türkiyədə baş verən meşə yanğınları barədə vəziyyəti müzakirə ediblər.

Loading...
Yazının davamı reklamdan sonra

“Telefon danışığı zamanı bu təbii fəlakətlə mübarizədə iki ölkə arasında əməkdaşlığın vacibliyi vurğulanıb. Vladimir Putin yanğınların söndürülməsi üçün Türkiyəyə hərtərəfli yardım göstərməkdə davam edəcəyini bildirib”, – mətbuat xidmətinin məlumatında deyilir.

Türkiyə Prezidenti göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button