Top.Mail.Ru

DÜNYA

20-ci əsrin tiranlarından biri – Ənvər Xoca

Ənvər Xoca Albaniya tarixində bütün ziddiyyətləri ilə böyük rol oynayan dövlət rəhbərlərindən biri olub.

1908-ci il 16 oktyabrda Albaniyanın Qcirokaster bölgəsində dünyaya gələn Ə.Xoca 1930-cu ildə mühəndislik sənətinə yiyələnmək üçün Fransaya gedir. 1939-cu ildə ölkəsi italyanlar tərəfindən işğal olunan Xoca Albaniyaya qayıdır və paytaxt Tiranada sonradan Müqavimət Cəbhəsi olan tiryək mağazası açır.

1941-ci ildə Albaniyada Kommunist Partiyası yaranarkən o, kommunistlərdən təşkil olunmuş Milli Azadlıq Ordusunun baş katibi və siyasi komissarı olur. 1944-cü ildə almanlar Albaniyanı tərk edən vaxt o, müvəqqəti hökumət yaradır və faşistlərlə əməkdaşlıqda günahlandırılanların məhkəməsinə başlayır. Günahkarları güllələtdirərək siyasi rəqiblərindən qurtulur.

Möhkəm Stalinçi olan Ənvər Xoca onun ölümündən sonra Xruşşovla ədavətə başladı və Albaniyanı Mao Tsedunun Çini ilə yaxınlaşdırdı. Albaniyada şəxsi əmlakları müsadirə etdi, kilsələri və məscidləri bağladı. O, insanları yeni tikilmiş zavodlara və kolxoz fermalarına cəlb etdi. Bunlara müqavimət göstərən hər kəs ya sürgün edildi, ya da həbs edilərək güllələndi. Xocanın bütün cəhdlərinə baxmayaraq, ölkəni inkişaf etdirmək müyəssər olmadı.

Mao Tsedunun ölümündən sonra Çinlə olan əlaqələr pisləşdi. Bu zaman Ənvər elan etdi ki, Albaniya sosialist cənnətini özü-özündə yaradacaq. 1981-ci ildə Ə.Xoca kommunist nəslin vərəsəliyini təmin etmək üçün bir neçə dövlət və partiya liderinin öldürülməsini əmr etdi.

Qəddar, rəqiblərinə qarşı amansız olan Ənvər Xoca 1985-ci ildə 40 illik hakimiyyətindən sonra dünyasını dəyişdi. Ölümündən sonra, Kommunist Partiyası da istefaya getdi.

Ənvər Xocanın adı təsadüfi deyil ki, 20-ci əsrin ən qəddar və zalım tiranları sırasına salınıb. Kommunizm ideyalarını özünün həyat amalı hesab edən Xocaya Albaniya və dünya ictimaiyyəti arasında münasibət birmənalı deyil. Elə buna görə də onun şəxsiyyəti və fəaliyyəti ziddiyyətlərlə dolu olaraq qalır…

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button