Top.Mail.Ru
DÜNYA

Türkiyədə meşə yanğınları zamanı həlak olanların sayı 7 nəfərə çatıb

Türkiyənin Antalya əyalətinin Manavqat rayonunda baş verən meşə yanğını zamanı ziyan çəkən evdə iki nəfərin meyiti aşkarlanıb.

Bu barədə “Kaim” Türkiyə mediasına istinadən xəbər verir. Qeyd edilir ki, yanğın zamanı ölənlər Türkiyə vətəndaşı və onun almaniyalı həyat yoldaşıdır.

Ölkənin səhiyyə naziri Fahrettin Koca Manavqatda həlak olanlar da daxil olmaqla, meşə yanğınlarında həlak olanların sayının 7 nəfərə çatdığını bildirib. O, qeyd edib ki, hadisə zamanı ümumilikdə 507 nəfər zərər çəkib, onlardan 497 nəfərinin müalicəsi başa çatıb. Hazırda 10 nəfərin müalicəsi davam edir.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button