Top.Mail.Ru

DÜNYA

KİV: Almaniya hökuməti “talibançılar”la gizli danışıqlar aparıb

Almaniya Federativ Respublikası hökumətinin nümayəndələri iyulun 31-də Dohada “Taliban” hərəkatının üzvləri ilə gizli danışıqlar aparıb.

“Kaim” xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Almaniyanı danışıqlarda Əfqanıstan və Pakistan üzrə xüsusi səlahiyyətli nümayəndə Yasper Vik təmsil edib.

Loading...
Yazının davamı reklamdan sonra

Görüş Almaniya Federativ Respublikasının Federal Kəşfiyyat Xidməti tərəfindən hazırlanıb və ABŞ-la razılaşdırılıb.

Görüşdə Almaniyanın Əfqanıstandakı humanitar təşkilatlarının işçilərinin təhlükəsizliyinə zəmanət və Əfqanıstanda beynəlxalq əməliyyatda iştirak edərkən Bundesverə və alman federal polisinə yardım edən ölkə vətəndaşlarının vəziyyəti müzakirə edilib.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button