Top.Mail.Ru

DÜNYA

Livanda baş verən atışmalarda bir neçə nəfər öldürülüb, xəsarət alanlar var

Livanın paytaxtı Beyrutun cənubundakı Xalde bölgəsində dəfn mərasiminin atəşə tutulması və bunun səbəb olduğu qarşıdurmalar nəticəsində bir neçə nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

“Kaim” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Livan ordusunun tvitterdəki açıqlamasında bildirilir.

“Xalde bölgəsindəki silahlı şəxslər dəfn mərasiminin iştirakçılarına atəş açıblar, bu da qarşıdurmalara səbəb olub, nəticədə bir neçə vətəndaş və bir əsgər həlak olub, daha bir neçə nəfər yaralanıb”, – açıqlamada deyilir.

Loading...
Yazının davamı reklamdan sonra

TASS agentliyi isə ölənlərin sayının 5 nəfər olduğunu bildirib.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button