Top.Mail.Ru

DÜNYA

Misir ordusu Sinay yarımadasında 89 yaraqlını məhv edib

Misir ordusu bazar günü Sinay yarımadasındakı əməliyyatlar zamanı 80-dən çox yaraqlının məhv edildiyini açıqlayıb.

“Kaim” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Qeyd edilir ki, silahlı qüvvələr terrorçu ünsürləri təqib və darmadağın etmək üçün davam edən tədbirlər çərçivəsində silahlı qüvvələr Sinay yarımadasının şimal hissəsində 89 təhlükəli ekstremistin öldürüldüyü əməliyyatlar həyata keçirib.

Loading...
Yazının davamı reklamdan sonra

Əməliyyat zamanlı 404 əldəqayırma partlayıcı qurğunu zərərsizləşdirilib və yaraqlıların Misirə girməsi üçün istifadə etdiyi 13 tunel məhv edilib. Ordu əməliyyatlar zamanı eyni zamanda 8 hərbçini itirib.

Qeyd edək ki, Misir qoşunları uzun müddətdir Sinay yarımadasında əsasən İŞİD qruplaşmasına bağlı yaraqlılarla döyüşür. “Müsəlman qardaşlar” hərəkatının liderlərindən olan Misir Prezidenti Məhəmməd Mursinin 2013-cü ildə hakimiyyətdən uzaqlaşdırılmasından sonra silahlı hücumlar daha da artıb.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button