Top.Mail.Ru

DÜNYA

Türkiyə və Efiopiya liderləri ikitərəfli əlaqələri müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Efiopiyanın baş naziri Abiy Əhmədlə telefon danışığı aparıb.

“Kaim” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatında deyilir.

Qeyd edilir ki, danışıqlar zamanı ikitərəfli münasibətlərin vəziyyəti və regional mövzular müzakirə edilib.

Loading...
Yazının davamı reklamdan sonra

Söhbət əsnasında Türkiyə lideri rəsmi Ankaranın Efiopiyada sülhə və sabitliyə böyük önəm verdiyini vurğulayıb.

Dövlət başçısı əmin edib ki, Türkiyə Efiopiyaya hərtərəfli dəstəyini davam etdirəcək.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button