Top.Mail.Ru
DÜNYA

Hindistanda gün ərzində koronavirusa 40 min nəfər yoluxub

Son gün ərzində Hindistanda 40 min 134 nəfər koronavirusa yoluxub.

“Kaim” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.

Bununla da pandemiya baş qaldırandan indiyədək ölkədə koronavirusa yoluxanların ümumi sayı 31 695 958 nəfərə çatıb.

Son gündə koronavirus səbəbindən 422 nəfər vəfat edib ki, bununla da bu baxımdan ümumi say 424 773 nəfər olub. Hazırda ölkədə aktiv xəstə sayı 413 718 nəfərdir.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button