Top.Mail.Ru

DÜNYA

Əfqanıstan Prezidenti: “Taliban” daha da qəddarlaşıb”

“Bəziləri bildirirlər ki, “Taliban” dəyişib. Bəli, onlar dəyişib, onlar daha qəddar olublar”.

“Kaim” “Tolonews”a istinadən xəbər verir ki, bunu Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəni parlamentin iclasındakı çıxışında bildirib.

Onun sözlərinə görə, döyüşdə şərait dəyişməyənədək “Taliban” danışıqlar masasına qayıtmaq istəyini göstərməyəcək.

Loading...
Yazının davamı reklamdan sonra

“Taliban” qruplaşmasının nümayəndəsi Zabiullah Mücahid Prezident Əşrəf Qəninin çıxışına münasibət bildirərək tviter səhifəsində yazıb: “Əşrəf Qəninin çıxışı əsassızdır. O, qorxu və ağlamalı şərait yaratmaqla vəziyyətə nəzarət etməyə cəhd göstərir. Müharibə elan etmək, ittiham və yalanlar Əşrəf Qəninin hakimiyyətini uzatmayacaq. Onun müddəti başa çatıb”.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button