Top.Mail.Ru

DÜNYA

Əfqanıstanda son sutkada 375 “Taliban” silahlısı zərərsizləşdirilib, 193-ü yaralanıb

Əfqanıstan hərbçiləri ilə “Taliban” arasındakı son sutkadakı döyüşlər nəticəsində qruplaşmasının 375 silahlısı ölüb, 193-ü yaralanıb.

“Kaim” “Sputnik Afqanistan”a istinadən xəbər verir ki, məlumatı Əfqanıstanın Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, son sutkada baş verən toqquşmada “Taliban”ın 8 böyük hərbi texniki kompleksi, sursatı, 11 müxtəlif tip minatanı məhv edilib. Məlumata görə, “Taliban” bu qurğularla dinc sakinləri və təhlükəsizlik qüvvələrini hədəfə alıbmış.

Loading...
Yazının davamı reklamdan sonra

Nazirlik bildirib ki, qruplaşmanın silahlıları hərbçilərlə Nuristan, Lohar, Qəndəhar, Uruzqan, Herat, Cauzcan, Bəlx, Samanqan, Gilmənd, Kapisa və Baqlanda bölgələrindəki döyüşlərdə zərərsizləşdirilib, yaralanıb. Məlumata əsasən, bu ərazilərdə hakimiyyət və könüllü müdafiəçilərlə qruplaşma arasında döyüşlər davam edir.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button