Top.Mail.Ru

DÜNYA

Ermənistan hökumətinin 7 üzvü təsdiqlənib – YENİLƏNİB

Ermənistan Prezidenti Armen Sarkisyan 6 nazir və Baş nazirin müavini vəzifəsinə təyinatla bağlı sərəncam imzalayıb.

“Kaim” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, Baş nazirin müavini vəzifəsinə Mqer Qriqoryan təyin edilib.

Vaqan Kerobyan iqtisadiyyat naziri, Vaqram Dumanyan təhsil, elm, mədəniyyət və idman naziri, Andranik Piloyan fövqəladə hallar naziri, Karen Andreasyan ədliyyə naziri, Anait Avanesyan isə səhiyyə naziri vəzifəsinə təyin olunublar. Onlar əvvəldən də bu postu tutublar.

Loading...
Yazının davamı reklamdan sonra

Keçmiş iqtisadiyyat naziri Tiqran Xaçatryan maliyyə naziri təyin edilib.

Qeyd edək ki, Baş nazir Nikol Paşinyan onların təyin olunmaları üçün Prezident Armen Sarkisyana təqdimat göndərmişdi.

12:59

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə Prezidenti Armen Sarkisyana Baş nazirin müavini vəzifəsinə Mqer Qriqoryanın təyin olunmasını təklif edib.

“Kaim” xəbər verir ki, məlumatı “Aysor” yayıb.

Bildirilib ki, Nikol Paşinyan səhiyyə naziri postuna Anait Avanesyan, fövqəladə hallar naziri vəzifəsinə Andranik Piloyan, təhsil, elm, mədəniyyət və idman naziri postuna Vaqram Dumanyan, iqtisadiyyat naziri vəzifəsinə isə Vaqan Kerobyanın təyin olunmasını təklif edib.

Bundan başqa, Nikol Paşinyan ədliyyə naziri vəzifəsinə Karen Andreasyan, maliyyə naziri postuna isə Tiqran Xaçatryanın təyinatı ilə bağlı təklif irəli sürüb.

Ermənistan Prezident Administrasiyasından bildirilib ki, xarici işlər nazirinin təyinatı ilə bağlı təklif aparata daxil olmayıb.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button