Top.Mail.Ru

DÜNYA

ASEAN ölkələri koronavirusa qarşı vaksin alınmasına 10,5 milyon dollar ayıracaq

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv ölkələr Vyetnamın koronavirusa qarşı vaksin alınmasına 10,5 milyon dollar ayrılması ilə bağlı təklifini dəstəkləyiblər.

“Kaim” TASS agentliyinə istinadən xəbər verir ki, bu təkliflə Vyetnamın xarici işlər naziri Buy Than Şon ASEAN təşkilatının Koordinasiya Şurasının onlayn formatda keçirilən 29-cu iclası zamanı çıxış edib.

Regional bloka üzv ölkələr təşəbbüsü müzakirə etdikdən sonra vaksin alınması üçün Pandemiya ilə mübarizə fondundan vəsait ayrılmasına qərar veriblər. Alınacaq vaksinlər təşkilata üzv ölkələr arasında bərabər şəkildə bölünəcək.

Loading...
Yazının davamı reklamdan sonra



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button