Top.Mail.Ru

DÜNYA

Antalyada meşə yanğınını törədən bir nəfər həbs edilib

Türkiyənin Antalya əyalətinin Manavqat rayonunda 28 iyulda başlayan meşə yanğınları ilə əlaqədar Manavqat Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində hadisəni törətməkdə şübhəli bilinən 1 nəfər – 16 yaşlı C.Y. saxlanılıb.

Bu barədə “Kaim” Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları odun anbarına, dülgər sexinə, bir sıra evlərə və meşəyə ziyan vuran yanğınla əlaqədar araşdırmaya başlayıblar. Əldə edilən sübutlar və ətrafdakı təhlükəsizlik kameralarının yoxlanılması zamanı əldə olunan dəlillərlə hadisənin C.Y. tərəfindən törədildiyi müəyyənləşdirilib.

Loading...
Yazının davamı reklamdan sonra

O, ötən cümə günü polis əməkdaşları tərəfindən yaxalanıb və 4 gün sorğu-sual olunub. Şübhəli şəxs dünən məhkəmənin qərarı ilə “meşəni qəsdən yandırmaq” ittihamı ilə həbs edilib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button