Top.Mail.Ru
DÜNYA

Əfqanıstan polisi silahlıların girov götürdüyü 30 nəfəri azad edib

Əfqanıstan polisi Kabildə hücum zamanı girov götürülmüş 30 mülki şəxsi azad etdiyini bildirib.

“Kaim”un məlumatına görə, bu barədə yerli 1TV telekanalı xəbər verib.

Telekanalın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, silahlı şəxslər yaşayış binalarına girməyə və təhlükəsizlik qüvvələri ilə atışmaya başlayıblar.

Daha əvvəl hadisə şahidinin və Kabul polisində olan mənbə “RİA Novosti”yə bildirib ki, Əfqanıstan müdafiə nazirinin evinin yaxınlığında avtomobil partladılıb, bundan sonra bir neçə silahlı adam onun evinə girib. Yerli “Pajvak” Əfqanıstanın müdafiə naziri general Bismillah Xan Məhəmmədinin Kabildəki evinə edilən hücum zamanı yaralanmadığını bildirib.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button