Top.Mail.Ru
DÜNYA

Ərdoğan Bolqarıstana həmrəyliyə görə təşəkkür edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bolqarıstanlı həmkarı Rumen Radevlə telefon danışığı aparıb.

“Kaim” “Anadolu” ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin məlumatında deyilir.

Danışıqlar zamanı meşə yanğınları ilə mübarizə sahəsində əməkdaşlıq məsələləri, həmçinin ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Rəcəb Tayyib Ərdoğan Türkiyədə davam edən meşə yanğınları ilə əlaqədar başsağlığına, təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında göstərilən həmrəyliyə və dəstəyə görə həmkarına təşəkkür edib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button