Top.Mail.Ru
DÜNYA

Banqladeşdə ildırım toy mərasiminin 16 iştirakçısını vuraraq öldürüb

Banqladeşdə toy mərasiminin 16 iştirakçısını ildırım vurub.

“Kaim”un məlumatına görə, bu barədə polisə istinadən yerli “Daily Bangladesh” nəşri bildirib.

Məlumata görə, hadisə ölkənin şimalında Şibqanc dairəsində, mərasimin qonaqları Padma çayında qayıqda üzən zaman baş verib.

Polis bildirib ki, hadisə zamanı azı 6 nəfər xəsarət alıb. Onlar yerli xəstəxanalara çatdırılıblar. Hakimiyyət orqanları ölənlərin sayının arta biləcəyini istisna etmir.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button