Top.Mail.Ru
DÜNYA

Əfqanıstanda “Taliban”ın daha 303 silahlısı məhv edilib

Əfqanıstanın Silahlı Qüvvələri Gilmend əyalətinin Leşgərgah şəhərinin “Taliban” qruplaşmasından təmizlənməsi üçün əməliyyata başlayıb.

“Kaim” “Sputnik Afqanistan”a istinadən xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.

Son sutka ərzində hərbçilərlə “Taliban” arasında gedən döyüşlər nəticəsində qruplaşmanın 303 silahlı zərərsizləşdirilib, 125-i yaralanıb.

Bildirilib ki, “Taliban” silahlıları Nanqarhar, Laqman, Qəznə, Paktikə, Qəndəhar, Zabul, Herat, Cauzcan, Samanqan,Fəraib, Sarı-e- Poli, Gilmənd, Nimroz,Kunduz, Baqlan və Kapis əyalətlərində gedən döyüşlərdə məhv ediliblər.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button