Top.Mail.Ru
DÜNYA

Yaponiyada gündəlik yoluxmanın daha bir rekordu qeydə alınıb

Yaponiyada ötən 24 saat ərzində koronavirusa azı 15 min yoluxma halı qeydə alınıb.

“Kaim” NHK-yə istinadən xəbər verir ki, bu da pandemiya dövründə ən yüksək rəqəmdir. Bir qədər əvvəl paytaxt Tokionun rəhbərliyi gün ərzində 5 042 yoluxan olduğunu açıqlamışdı ki, bu da pandemiya dövrünün rekordudur. Yoluxma ilə bağlı əvvəlki rekord rəqəmlər – ölkədə 14,2 min, paytaxtda 4 166 nəfər ötən günə aiddir.

Bütövlükdə pandemiya başlayandan bu yana Yaponiyada 970 min nəfər koronavirusa yoluxub ki, onların 15,2 mini vəfat edib, 853 minə yaxını sağalıb.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button