Top.Mail.Ru
DÜNYA

Tacikistanda helikopter qəzaya uğrayıb, 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Tacikistanda dağlarda azmış rusiyalı turistlərə yardım etmək üçün gedən xilasedici helikopterin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

“Kaim” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ölkənin Turoperatorlar Assosiasiyası yayıb.

Qəzaya uğrayan “Mi8” helikopteri Taciksitan Sərhəd Qoşunlarına məxsusdur.

İlkin məlumata görə, pilot ölüb, helikopterin göyərtəsindəki 4 xilasedici isə yaralanıb. Yaralılar Düşənbəyə təxliyə olunurlar.

Xatırladaq ki, iyulun 28-də Rusiyadan olan 7 turistin Taciksitan ərazisində azması ilə bağlı həyəcan siqnalı verilib. Onların axtarışı davam etdirilir.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button