Top.Mail.Ru
DÜNYA

Braziliyanın bəzi ştatları “Sputnik V” vaksini almaqdan imtina edib

Braziliyanın şimal-şərq ştatları konsorsiumunun Rusiya Birbaşa İnvestisiya Fondu ilə “Sputnik V” koronavirus peyvəndinin tədarükü üçün bağlanan müqavilənin icrası dayandırılıb və Braziliyaya gətirilməsi təxirə salınıb.

“Kaim” “TASS”a istinadən xəbər verir ki, bu barədə Piaui ştatının qubernatoru Uellinqton Diasın mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, 37 milyon doz vaksin alınmasını özündə ehtiva edən müqavilə, Milli Sanitariya Nəzarəti Agentliyi tərəfindən tətbiq edilən yeni məhdudiyyətlər, habelə milli peyvənd planı çərçivəsində dərmanı istifadə etməkdən imtina və idxal icazəsinin olmaması səbəbindən qüvvədən düşüb.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button