Hərbi ekspert: “Ukraynalı könüllülər Litvanın sərhədlərini qorumağa hazırdır”

“Yüzlərlə ukraynalı könüllü Litvanın sərhədlərini qorumaq üçün bu ölkəyə getməyə hazır olacaq”.
“Kaim”un Şərqi Avropa bürosu xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Yuri Koçevenko bildirib.
Onun sözlərinə görə, Litvaya qarşı hibrid işğal həyata keçirilir və Belarus ərazisindən qəsdən göndərilmiş yüzlərlə miqrant hər gecə Litva sərhəddini keçməyə çalışır:
“Rəsmi Minsk miqrantların gəldiyi İraq, Suriya, Əfqanıstan və digər ölkələrdən aviraeyslərin sayını artırır. Sərhəddi qanunsuz keçmiş şəxslər saxlanıldıqda Belarusa geri qaytarıla bilmir, çünki Belarus hakimiyyəti Avropa İttifaqı ilə readmissiya haqqında müqaviləni ləğv edib. Hökumət artıq fövqəladə vəziyyət elan edib. Ehtiyatda olan hərbçilər və könüllülər sərhədlərin mühafizəsinə cəlb edilir. Litva üçün asan deyil, amma o ayaqda durmağı bacarır”, – Y.Koçevenko deyib.
Mənbə
KAİM.az