Top.Mail.Ru

DÜNYA

Türkiyədə 208 yanğından 196-sı nəzarət altına alınıb

Türkiyənin 44 əyalətindəki 208 meşə yanğınından 196-sı nəzarət altına alınıb.

“Kaim” “Hurriyet”ə istinadən xəbər verir ki, Antalya, Muğla, Aydın, İsparta və Dənizli əyalətlərinin bir neçə rayonunda yanğınların söndürülməsi prosesi davam etdirilir.

12 məntəqədə isə yanğınların qarşısını almaq hələlik mümkün olmayıb. Belə ki, Muğlanın Marmaris, Köycegiz, Milas, Kavaklidere, Yılanlı və Seyidkemer, Aydının Karacasu, Antalyanın Kemer, İspartanın Sütçüler və Dənizlinin Güney rayonlarında yanğınlar davam edir.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, artıq 10 gündür Türkiyədə meşə yanğınları davam edir.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button